İcarəyə verilir 3 otaqlı yeni tikili 157 m², Ağ şəhər q.
Ağ Şəhərdə premium kompleksdə tam yeni 3 otaqlı mənzil kirayə verilir!
Ağ Şəhərin ən prestijli yaşayış komplekslərindən birində yerləşən, 157 m² sahəyə malik, tam yeni təmirdən çıxmış və yaşayış olmamış premium mənzil uzunmüddətli kirayəyə təqdim olunur.
Mərtəbə: 15/20
Sahə: 157 m²
3 otaq (2 yataq otağı, geniş studio qonaq otağı)
2 sanitar qovşağı
Ayrı camaşırxana otağı
Geniş eyvan
Mənzil yüksək keyfiyyətli materiallarla təmir olunub, bahalı mebel və məişət texnikası ilə tam təchiz edilib. 3 Smart TV, mərkəzləşdirilmiş havalandırma və iqlimə nəzarət sistemi, qabyuyan, paltaryuyan, paltarqurudan, soyuducu, mikrodalğalı soba və yaşayış üçün lazım olan bütün avadanlıqlar mövcuddur.
Kompleksdə 24/7 mühafizə, müasir liftlər və premium yaşayış mühiti təmin olunub. Ətrafda restoranlar, coffee shop-lar, supermarketlər, parklar və digər infrastruktur obyektləri yerləşir.
📌 Agentlik xidmət haqqı: 30%
Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın.